Qar kimi | N.Kəsəmənli

Qar kimi ağ gəldim,ləkəsiz gəldim,
Səssizcə yağmışdım yollarına mən.
Mən sənin ömrünə "bəlkə"siz gəldim
Yığıldın güc kimi qollarıma sən......
Bitdi baxışların nəğməsi,sözü,
Sükut qollarında gəzdirdi bizi......
qar mənzərəsi
Soyuqdur qar kimi ......
nə deyim,
düzü,-
Bəlkə bu soyuqluq bezdirir bizi....
İndi xatirənlə yanacağam mən,

Gülsən,
gülüşünə bürünəcəyəm.
Qar kimi ovcuna yağacağam mən,
Qar kimi ovcunda əriyəcəyəm!.......
Həsrətin qəlbimdə dinir tar kimi ,
Nəğmələr dənizdir, vüsalın qayıq .

Sən də, ay sevgilim ,
getdin qar kimi
Qayıtsan
qar kimi ləkəsiz qayıt!....

qar mənzərəsiSoyuqdur qar kimi ......

qar kimi ləkəsiz qayıt!....

Həmçinin bax:
Nüsrət Kəsəmənlinin Yarı səndə,yarı məndə şeiri

 

8 şərh

Xrizoberil
bu şairin bütün şeirlərini çox bəyənirəm. ;) Təşəkkürlər.
Silen_ce
Əllərin nə yaman soyuqdur, gülüm,
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki əlim,
Əllərin əlimin buz əlcəyidir....
bahar
Bu gün bu şeirin başqa yeri var…
umud600
Ruhu şad olsun! Sizə də təşəkkürlər.
gunelgasimli

Olan olub keçən keçib bəlkə də
Əvvəlindən biri vardı, biri yox
Ömrüm boyu belə gəlib mənimki
Indi daha kovrəlməyin yeri yox

Uzaqdaydı mən istəyən o çağlar
Urəyimdən gəlib keçti sazağlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox

Gözlərimə doldurmuşam yağışı
Bir köynəkdə çıxarmışam mən qışı
Şalvar-pencək geyinirdi tay-tuşum
Məndə isə biri vardı biri yox

Qəlbim yandı ilk sevgimdən eşqimdən
Dara düşdüm əl ummadım heç kimdən
Məclislərdə can deyib can eşidən
Dostlarımın biri vardı biri yox

Üzüm güldü tələbəyəm deyəndə
Sıxılırdım dost pencəyi geyəndə
Müəllimlə dil tapa bilməyəndə
Qiymətimin biri vardı, biri yox

Mən orduya nələr görüb getmişdim
Ürək alıb ürek qırıb getmişdim
Iki qıza könül verib getmişdim
Qayıdanda biri vardı biri yox

Uzaq gəzdi əmi, dayı, bibilər
Söz arası mənə evlən dedilər
Nişan üçün iki şey istədilər
Məndə isə biri vardı biri yox

Vaxt gələcək bu günü görəcəksən
Çox suala gözünü döyəcəksən
Vaxt gələcək sən özün deyəcəksən.
Deyəcəksən, biri vardı, biri yox

rezerv
Qayıdıb gəlmisən,gözləri yaşli.
Deyirsən bir daha küsən deyiləm.
Hani o vüqarin,o saymazlığın?
Yox, bu sən deyilsən,bu sən deyilsən.

Deyirsən vaxt keçir,zaman gözləmir,
Dilin dediyini ürəyin demir.
Bu yalvaran gözlər sənə bənzəmir,
Yox,bu sən deyilsən,bu sən deyilsən.
                               Nüsrət Kəsəmənli…